Dr. Afət Cahangirova

Təhsili və təcrübəsi

  • 1989-1995 Azərbaycan Respublikasının Tibb Universiteti, “Müalicə işi” fakültəsi

  • 1995-1996 1 nömrəli Şəhər Klinik Xəstəxanasının nəzdində Oftalmologiya kafedrası,“Oftalmologiya” ixtisası üzrə internatura

  • 1996– 2001 Kondisioner zavodu

  • 2001 – hazırda Xüsusi Müalicə Sağlamlıq Kompleksi

Apardığı müayinə, əməliyyat və prosedurlar

  • Oftalmoloji xəstəliklərin erkən diaqnostikası və konservativ müalicəsi;
  • Akkomadasiyanın müxtəlif növ pozğunluqlarının (miopiya, hipermetropiya, astiqmatizm, ambliopiya, presbiopiya) diaqnostikası və konservativ müalicəsi;
  • Uşaqlarda refraksion dəyişikliklər və çəpgözlük zamanı eynək təyini və konservativ müalicə;
  • Gözün ön şöbəsinin infeksion və qeyri infeksion xəstəliklərinin ilkin diaqnostikası və müalicəsi;
  • Qlaukomanın erkən diaqnostikası və konservativ müalicəsi;
  • Retina patologiyalarının diaqnostikası və konservativ müalicəsi;
  • Ambulator müalicə oluna biləcək gözün ön şöbəsinin travmatik və postravmatik potologiyasının müalicəsi;
  • Yeni doğulmuşlarda göz yaşı kanalının tıxanıqlığının və doğumsonrası konyunktivitlərin müalicəsi;

Kurslar, sertifikatlar

  • “Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr edilmiş” Beynəlxalq elmi-praktiki və Səhiyyə Nazirliyinin Elmi-Tibbi şurası tərəfindən akkreditasiyadan keçmiş konfransda iştiraka dair sertifikat.
  • Azərbaycan Oftalmoloqlar Cəmiyyəti tərəfindən təşkil edilən Beynəlxalq Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktiki və Səhiyyə Nazirliyinin Elmi-Tibbi şurası tərəfindən akkreditasiyadan keçmiş konfransda iştiraka dair sertifikat.
  • “Göz xəstəliklərində ozonoterapiyanın tətbiqi ilə əlaqədar” Referans-ofta və FBVision tərəfindən təqdim edilmiş sertifikat.
  • “Göz xəstəliklərində funksional tibbi yanaşmalar” adlı konfransda iştiraka dair “Venatura” tərəfindən təqdim edilmiş sertifikat.
  • “Qlaukoma və Diabetik retinoterapiya zamanı Sitikolinin neyroprotektiv xüsusiyyətinə dair” konfransda iştiraka dair təqdim olunmuş sertifikat.
  • 2013-cü il Hepatopankreatobiliar cerrahi konqresi
  • 2015-ci il Kolorektal cerrahi konqresi
  • 2016,2017-ci illər Azərbaycan-Türkiyə-Almaniya birgə tibbi konqresi
  • Avropa Cərrahlar Cəmiyyətinin illik konqresi (ESS 2012 İstanbul)