Endokrinoloji kabinetdə müxtəlif endokrin xəstəliklərin müalicə və profilaktikası aparılır. Əsas istiqamətlərindən biri şəkərli diabetin diaqnostika və müalicəsi, bu xəstəliyin gizli formalarının müəyyən edilməsindən ibarətdir. Həkimlərimiz şəkərli diabetin fəsadlarının profilaktika və erkən aşkar edilməsinə xüsusi diqqət yetirirlər.

Endokrin xəstəliklərin diaqnozunun qoyulmasında USM, KT, MRT müayinələri və hormonların (TSH, T4, T3, AntiTG, AntiTPO, qadın və kişi cinsiyyət hormonları, kortizol, FSH, LH, insulin, prolaktin və s. ) yoxlanılması böyük rol oynayır.  

Qalxanvari vəzdə USM zamanı 1 sm  və daha böyük ölçüdə olan düyünlər aşkar edildikdə və yaxud onların daxilində kalsinatlar olduqda onkoloji prosesi inkar və yaxud təsdiq etmək məqsədiylə klinikamızda cərrah endokrinoloq düyünlərin US kontrolu altında incəiynəli aspirasion biopsiyasını aparır. Götürümiş bioptatlar müayinə üçün Milli Onkoloji Mərkəzin patomorfoloji laboratoriyasına göndərilir.

Bundan əlavə qalxanvari vəzdə və boyunda cərrahi müdaxiləyə ehtiyac olduqda cərrah endokrinoloq  t.f.d.Yusifov Səbuhi tərəfindən  – tireoidektomiya, hemitireoidektomiya, boyunun orta xətt sistləri və boyun-diseksiyası əməliyyatları aparılır.

Kabinetdə müalicə olunan xəstəliklər:

  • I və II tip şəkərli diabet (insulindən asılı və asılı olmayan)
  • Alimentar piylənmə və metabolik sindrom
  • Ur xəstəliyinin qalxanabənzər vəzinin funksiyalarının pozulması və pozulmaması ilə gedən diffuz və düyünlü formaları (hipotireoz və tireotoksikoz)
  • Xroniki autoimmun tireodit (müxtəlif formaları)
  • Böyrəküstü vəzin funksiyasının pozulması və pozulmaması ilə gedən xəstəlikləri (hiperkortisizim, İtsenko-Kuşinq xəstəliyi və sindromu), feoxromositoma
  • Paratireoid vəzin xəstəlikləri (hipo- və hiperfunksiyası ilə)
  • Birincili endokrin xəstəlikləri ilə əlaqədar olan boyartma, cinsi inkişaf, menstrual tsikl, piy mübadiləsi pozğunluqları
  • Hipotalamo-hipofizar xəstəliklər (hipofizin adenoması, akromeqaliya, şəkərsiz diabet, hiperprolaktinemiya, piy mübadiləsi pozğunluğu ilə hipotalamik sindrom)
  • Endokrin xəstəliklərlə əlaqədar qadınlarda normadan artıq tüklənmə (hipertrixoz və hirsutizm).