Kompleksimizdə müasir tələblərə cavab verən fizioterapiya şöbəsi fəaliyyət göstərir . Fizioterapiya şöbəsinin həkim personalı müxtəlif xarici ölkələrdə təkmilləşmə və lazımi ixtisas kursları keçmişlər. Bu müalicə üsulu tibbi reabilitasiya məqsədi üçün istifadə olunur. Orqanizmdə iltihabəleyhinə, ağrıkəsici, sedativ, spazmolitik, periferik qan dövranını yaxşılaşdıran, immuniteti möhkəmləndirən, mübadilənin yüksəldilməsi üçün zəmanət verən bir müalicə növüdür.
Fiziki amillərin kompleks şəklində tətbiqi və təsiri müxtəlif xəstəliklərdə iki əsas formada keçirilir.