Kardioloji kabinetdə həkimlərimiz ürək-damar sistemi xəstəliklərinin diaqnostika,  müalicə və profilaktikası ilə məşğuldur. Burada aşağıda sadalanan xəstəliklərin müalicəsi aparılır: ürəyin işemik xəstəliyi(ÜİX), hiperteniya xəstəliyi, ritm pozğunluqları, anadangəlmə və qazanılmış ürək qüsurları, kardiostimulyator, kardioverter-defibrilyator implantasiyasından sonrakı vəziyyətlərdə olan xəstələrin müalicəsi, ürək əməliyyatlarından sonrakı vəziyyətdə olan xəstələrin müalicəsi  (koronar damarlara stent qoyulması, aorto-koronar şuntlama, ürək qapaqlarının protezlə əvəzlənməsi ), dislipidemiya.

Ürək damar patologiyası öz təsdiqini tapdığı halda, biz qəbul olunmuş protokola uyğun olan müalicə taktikasını seçirik (terapevtik və ya cərrahi).  Bizim kabinet MKX kardiocərrahiyə şöbəsi ilə sıx əməkdaşlıq edir.

Kabinetdə fəaliyyət göstərən həkimlər tərəfindən yüksək peşəkarlıqla  EKQ, Exo-KQ(transtorakal, transezofazeal), Stress Test (tredmilmetriya, veloerqometriya), Xolter müayinələri aparılır.

EKQ – 12 kanallı elektrokardioqraf aparatlarında çəkilir. EKQ ürək xəstəliklərinin aşkar olunmasında və digər təhlil və nəticələr ilə birlikdə nəzərə alınaraq xəstənin diaqnozunun düzgün qoyulmasında yardımçı ola bilər.  

Stress Test (tredmilmetriya)

Stress testi ürək-damar sistemi xəstəliklərinin araşdırılması, müalicənin effektivliyinin təyin edilməsi, fiziki gərginlik ilə aritmiyaların meydana gəlməsini və fiziki gərginliyin arterial təzyiqin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini təyin edən bir müayinə üsuludur. Stress test istirahətdə EKQ-də təsbit edilməyən, lakin fiziki gərginlik zamanı meydana çıxan patologiyaları təyin etmək üçün dəyərli bir müayinədir.Müsbət nəticə aldıqda pasient invaziv müayinəyə (koronar angioqrafiyaya) yönəldilir. 

Transtorakal Exokardiyografiya

Exokardioqrafiya ürək əzələsi və ümumilikdə ürək fəaliyyətini səs dalğaları ilə dəyərləndirən müayinə metodudur. Dalğaların radiasiyalı olmaması, müayinə zamanı heç bir dərmanlardan istifadə edilməməsi hamilələrə, yeni doğulmuş uşaqlara  asanlıqla tətbiq oluna bilər. Ürək böyüməsi, ürək əzələsinin xəstəlikləri, qapaq xəstəlikləri, ürək çatışmamazlıqları, tromblar, ürək şişləri, anadangəlmə ürək qüsurları, aortanın xəstəliklərinin təyin edilməsi üçün vacib olan mühüm müayinə metodudur.

Stress Exokardioqrafiya

Stress exokardioqrafiya koronar damarlarda olan patologiyanı,  ürək qapaqlarında xəstəliyin şiddətinin dəyərləndirilməsində istifadə olunur. Stress exokardioqrafiya venadaxili dərman preparatları yeridilərək (məs. dobutamin, dipiridamol) və yaxud  tredmil cihazında fiziki yük verməklə aparılır. 

Transezofageal Exokardioqrafiya (TEE)

 Yetərli exokardioqrafik görüntü alınmadıqda (ağciyər xəstəliyi, deformasiya və. s səbəblərlə) və  ya ürək içi görüntülərinin daha yaxından dəyərləndirilməsi lazım olduqda TEE müayinəsi aparılır. TEE endoskopik bir müayinədir. Ağızdan qida borusuna yeridilən incə bir boru ürəyin arxa divarına çatdırılır və çox aydın, dəqiq görüntü alınır. 

Holter Spacelabs Healthcare (ABŞ)

EKQ Holter cib telefonu kimi kəmərə bağlanan bir cihazdır. 3-4 ədəd naqil, elektrodlar (yumşaq plastikdən hazırlanmış 3-4 sm ölçüsündə yapışqanlı) vasitəsilə sinəyə bərkidilir. İnsan günlük normal həyatını yaşayır və 24-48-72 saat müddətində ürəyin elektrik impulsları qeydə alınır. Zamanın sonunda cihaz çıxarılaraq qeydə alınmış impulslar kompüterdə analiz edilir. Burada ötüb keçən ritm pozğunluqları və ritm pozulmaları aşkar edilir. Holter cihazı taxıldıqdan sonra xüsusi ilə şikayətləri yaradan hadisələr təkrarlanmalıdır (Kofe içmə, nərdivan çıxma və s.).   

Təzyiq Holter

Xəstələrin 24-72 saat müddətində  təzyiqinin sıx aralıqlarla ölçülərək, gün ərzində fiziki aktivlik, yuxu və istirahət zamanı  təzyiqi və nəbz sayı qeydə alınmasıdır. Bu metod sayəsində  əvvəlcədən hipertoniyası olmayan xəstələrdə erkən aşkarlanma və düzgün müalicə metodu seçilir .  Beləliklə uzun zaman təzyiqi olan xəstələrin, günün hansı saatlarında təzyiq göstəricilərinin yüksəldiyi qeydə alınır.

Pacemaker tətbiqi

Müvəqqəti süni ritm aparıcısı kimi də adlanana bu cihaz ürək vurğularının sayı az olanda ürəyə impulslar göndərir və onu yığılmağa məcbur edir. Pacemaker kiçik cihaz olmaqla batareya vasitəsilə qidalanır. Adətən collarbone nahiyəsində implantasiya olunur. Cihazın elektrodları qan damarları vasitəsi ilə ürəyə yerləşdirilir. Müasir cihazlar ancaq qulaqcıqları, ancaq mədəcikləri və ya hər ikisini bir yerdə idarə edə bilir.

Kardioversiya

Qulaqcıq taxikardiyaları zamanı habelə kardiogen şoka səbəb taxiaritmik formalı ürək ritm pozğunluğu: mədəcik taxikardiyası, qulaqcıqların səyirici aritmiyası olarsa dərhal kardioversiya tətbiq edilir. Kardioversiya elektrik şok olmaqla ürəyinizi normal ritmə qaytarır.