Mama-ginekoloji kabinet müasir təbabətin tələblərinə cavab verə biləcək səviyyədə fəaliyyət göstərir. Həkim-ginekoloqlarımız ali kateqoriyalı mütəxəssislərdir. Onların köməyi ilə pasientlərə hərtərəfli peşəkar tibbi yardım göstərilir və məsləhətlər verilir.
Həkimlərin fəaliyyəti iki əsas tərkib hissəsindən ibarətdir : mamalıq və ginekologiya.
Kabinetdə hamiləliyi planlaşdırılmış qadınların müayinə və doğuşa hazırlığı aparılır, hamiləlik dövründə pasientlərə nəzarət edilir ki, buraya müntəzəm laborator analizlərin verilməsi, digər mütəxəssislərin baxışı, dopplerometriya ilə USM müayinəsi daxildir. Hamilələrə doğuşa qədər məzuniyyət, mübadilə kartı və digər lazımi sənədlər verilir. Doğuşdan sonra qadınlar baxış, bərpa tədbirlərinin həyata keçirilməsi və kontrasepsiyanın seçilməsi üçün təkrar öz həkimlərinə müraciət edirlər.
Bundan əlavə müxtəlif ginekoloji xəstəliklərin (məsələn, uşaqlıq miomaları, endometrioz, yumurtalıqların kistası, endometriya və uşaqlıq boynunun hiperplaziyası və polipləri, uşaqlıq boynu patologiyaları, müxtəlif etiologiyalı uşaqlıq qanaxmaları, qadın cinsiyyət orqanlarının iltihabi xəstəlikləri, sonsuzluq, cinsi yolla ötürülən infeksiyalar) diaqnostika və müalicəsi aparılır. Ambulator qəbul zamanı pasientlər hormonal kontrasepsiya problemləri, menstruasiyaönü və klimakretik sindromlar, həmçinin əvəzləyici hormonoterapiya da daxil olmaqla istənilən ginekoloji patologiya haqqında məsləhətlər alırlar.
Əgər qadının cərrahi müdaxiləyə ehtiyacı varsa və bunun həyata keçirilməsinə əks göstərişlər yoxdursa, klinikanın əməliyyat şöbəsində uşaqlıq və uşaqlıq boynu kanalının diaqnostik qaşınması, polipektomiya kimi əməliyyatlar aparılır. Əməliyyatdan sonra qadınlar stasionara yerləşdirilir.