Nevroloji şöbə stasionar və ambulator şəraitdə sizin xidmətinizdədir. 

Şöbədə  nevroloji xəstəliklərin dəqiq diaqnostikası üçün KT, MRT, transkranial doppleroqrafiyanın, elektroensefaloqrafiyanın, reoensefaloqrafiyanın böyük rolu var.

Böyük ölçülü fəqərəarası yırtıqların konservativ müalicəsi mümkün olmadığı halda, klinikamızda Uzman Dr. neyrocərrah  Rasim Babayev tərəfindən yüksək peşəkarlıqla onların cərrahi müalicəsi aparılır.

XMSK-də nevropatoloqlar tərəfindən bütün nevroloji xəstəliklər müayinə və müalicə olunur:

Sinir sisteminin damar xəstəlikləri:

  • baş beyin qan dövranının kəskin pozulması (hemorragik insult,işemik insult,beyin infarktı)
  • xroniki beyin damar çatmamazlığı (serebral ateroskleroz,hipertonik ensefalopatiya.)
  • insultdan sonrakı vəziyyətlər.

Mərkəzi Sinir Sisteminin iltihabi xəstəlikləri:

  • ensefalit
  • mielit
  • meninqoensefalit.

Mərkəzi Sinir Sisteminin demielinizasiya və ekstrapiramid patologiyaları:

  • dağınıq skleroz
  • Parkinson xəstəliyi
  • essensial tremor
  • tranzitor tiklər və s.

Vertebro-nevroloji patologiya:

  • fəqərə sütunu ostexondrozu
  • diskogen miyelopatiya
  • fəqərəarası yırtıqlar və protruziyalar
  • deformasiyaedici spondilyoz
  • lümboişalgiya
  • radikulopatiyalar
  • torakalgiya və s.

Vegetativ sinir sisteminin xəstəlikləri:

  • vegetativ damar distoniyası
  • Reyno sindromu
  • miqren
  • baş gicəllənmələri
  • yuxu pozulmaları və s.

Nevrozlar:

  • asteno-nevrotik sindromlar
  • qorxu və həyəcan halları
  • epilepsiya
  • qıcolmalar
  • sinir sisteminin travmalarının  qalıq əlamətləri

Elektroensefaloqrafiyabaş beyinin elektrik aktivliyini qeydə alan  ən müasir müayinə metodu olub baş beyinin potensiallarının qeydiyyatına əsaslanır.Qıcolmaya hazırlıq,beyin qabığının qıcıqlanmaları,epileptik ocaqları göstərən yeganə və əvəzolunmaz metoddur.Bu müayinə üsulu zərərsiz,mənfi təsiri olmayan,ağrısız üsulla aparılır.

Reoensefaloqrafiya – qansız müayinə metodu olub baş beynin qan dövranı,magistral damarlara gələn qanın həcmini,venoz axının sürətini, periferik damarların qanla təchizatı,damar divarının tonusu,elastikliyi haqqında məlumat verir.

XMSK-də nevroloji xəstəliklərin müalicəsində refleksoterapiya, traksion  terapiya, fizioterapiya üsulundan istifadə olunur.

Refleksoterapiya – bədən səthinin müəyyən nöqtələrinə (akupunktura nöqtələri) fiziki təsir göstərməklə impulsların əmələ gəlməsinə səbəb olur. Bu da öz növbəsində sinir mərkəzlərinə ötürülüb xəstə orqana siqnal çatdırır və beləliklə özünübərpa baş verir.

Traksion  terapiya – təhlükəsiz və effektli metod olub onurğanın sıxılmış vəziyyətdən normal  vəziyyətə qayıtmasına kömək edən metoddur. Müalicəvi dartınma kompression sindromlarda, travmalarda effektiv metod olub xüsusilə osteoxondroz zamanı müsbət nəticə verir.

Fizioterapevtik müalicə  üsullarından – halvanizasiya, elektroforez, diadinamoforez, amplipuls, ultrasəs, maqnit və  lazer terapiya, massaj, MBT və s. istifadə olunur.