Oftalmoloji kabinet müasir tələblərə cavab verə biləcək səviyyədə Yaponiya istehsalı olan  “Topcon” markalı oftalmoloji kombayn, biomikroskop, avtorefraktometr, dioptrometr, ABŞ istehsalı olan kontaktsız avtotonometr və s. avadanlıqlarla təchiz olunmuşdur. Peşəkar və təcrübəli həkimlərimiz bütün yaş dövrlərindən olan pasientlərə keyfiyyətli, ixtisaslaşdırılmış tibbi yardım göstərilməsini təmin edir. Oftalmoloji kabinet  akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə sıx əməkdaşlıq edir.

Burada görmə orqanının iltihabi, yaşla əlaqədar və distrofik dəyişikliklərinin, refraksion patologiyalarının, onkoloji xəstəliklərinin, travmatik zədələnmələrin nəticələrinin,  şəkərli  diabet, hipertoniya və s. bu kimi xəstəliklərin göz fəsadlarının diaqnostikası və müalicəsi, həmçinin cərrahi əməliyyatdan sonrakı dövrdə pasientlərə nəzarət aparılır.

Oftalmoloji kabinetin fəaliyyəti aşağıdakı xəstəliklərin müalicə və profilaktikasını əhatə edir:

  • qlaukoma
  • katarakta
  • gözün allerqik xəstəlikləri
  • göz qapaqlarının kəskin və xroniki xəstəlikləri
  • gözün selikli qişasının (konyuktivanın) xəstəlikləri
  • buynuz qişa və skleranın xəstəlikləri
  • torlu qişa və damarlı qişanın xəstəlikləri
  • görmə sinirinin xəstəlikləri
  • endokrin oftalmopatiya
  • yaxındangörmə (miopiya)
  • uzaqdangörmə (hipermetropiya)
  • astiqmatizmin eynək və kontakt linzaların təyini vasitəsi ilə korreksiyası.