LOR kabinetdə aparılan prosedurlar:
1.Audiometriya-eşitmənin həssaslığını qiymətləndirən Almaniya istehsalı olan elektroakustik cihaz (MAİCO MA-52) vasitəsilə aparılır.Bu müayinə- neyrosensor ağıreşitmə, eşitmə sinirinin nevrinoması, otoskleroz, hər bir növ otitlər, eşitmə aparatının seçilməsi və s. hallarda həyata keçirilir.
2.Timpanometriya – orta qulağın patologiyasını aşkar edən müayinə üsuludur. Bu növ müayinə ilə orta qulaqda təzyiqi, eşitmə borusunun funksional vəziyyətini və təbil pərdəsinin çeviklik dərəcəsini təyin etmək üçün istifadə edilir.
Timpanometriya Almaniya istehsalı olan MAİCO Mİ-34 aparatı ilə aparılır.
Vestibulyar aparatın müayinəsi üçün “Kreslo Barani” aparatından istifadə olunur.
LOR kabinetdə LOR-orqanlarının müalicəvi endoskopiyası və endoskopik baxışı, burun, qulaq, boğazdan yaxmanın götürülməsi, LOR-orqanlarının yeni əmələ gəlmiş törəmələrinin biopsiyası, badamcıqların vakuum-yuyulması, udlağa dərman preparatlarının yeridilməsi, orta qulağın yuyulması, burundaxili blokada, burun qanaxmasının dayandırılması , qulaqdan, qırtlaqdan yad cisimlərin çıxarılması, qulaq furunkullarının yarılması, burun sınıqları zamanı sümüklərin repozisiyas, burun və qulaqda polipotomiya, peritonzillyar absesin yarılması, kükürd tıxaclarının aradan qaldırılması və s. prosedurlar aparılır.
Burada müasir avadanlıqlarnan (LOR-mikroskop, endoskopik cərrahi avadanlıqlar və s. ) təchiz olunmuş müasir əməliyyatxanada adenoidektomiya, peritonzillyar absesin yarılması, tonzillektomiya, septorinoplastika, estetik rinoplastika, konxotomiya, FESS, timpanoplastika, mikrolarinqoskopiya və s. əməliyyatlar Türkiyədən xüsusi dəvət edilmiş, İtaliya təhsilli Dr. Refik Çaylan, Uzm. Dr. Aydın Talışinski, tərəfindən yüksək peşəkarlıqla aparılır.