XMSK – nin pediatriya şöbəsində uşaqlara təcrübəli və yüksək ixtisaslı mütəxəssislər tərəfindən tibbi xidmət göstərilir. Burada yeni doğulmuş uşaqların 1 yaşa qədər antropometrik göstəricilərinə əsaslanaraq uşağın fiziki inkişafının dinamikası izlənilir. Bundan başqa şöbədə analara uşaqların düzgün qidalanması və qulluğu haqqında məlumat verilir.
Şöbəmizdə milli peyvənd təqviminə uyğun Belçika, Fransa istehsalı olan keyfiyyətli peyvəndlərin vurulması və poliomielitin profilaktikası aparılır.