Qastroenteroloji şöbədə hər bir xəstəyə fərdi yanaşmaqla yüksək keyfiyətli  tibbi yardım göstərilir. Həzm sistemi orqanlarının müasir üsullarla diaqnostikası və müalicəsi peşəkar həkim Qastroenteroloqlar tərəfindən  aparılır.

          Kabinetin əsas iş prinsipləri iki istiqamətə yönəldilib;

  • Qastrointestinal xəstəliklərin erkən və dəqiq diaqnostikası
  • Müasir pratokollara əsasən bütün həzm sistemi xəstəliklərinin müalicəsi

Qastroenterologiyanı  endoskopik müayinə və müalicəsiz təsəvvür etmək çətindir. Endoskopiya otağında həm diaqnostik həm də müalicəvi endoskopiya aparılır.Diaqnostik məqsədlə qastrointestinal sistemin bütüb orqanları(udlaqda daxil olmaqla qida borusu,mədə,12 barmaq bağırsaq,nazik bağırsağın son bölümü,yoğun bağırsaqın bütün şöbələri(Çənbər bağırsaq,s vari bağırsaq və düz bağırsaq) müayinə olunur.

Qastroskopiya ilə – qida borusu,mədə,12 barmaq bağırsaq müayinə olunur.Helicobakter pylori mikrobu ureaza testi ilə yoxlanılır.Bu orqanlardan ehtiyac olarsa daha ətraflı yoxlama məqsədi ilə biopsiya götürülür

Kolonoskopiya ilə -Terminal ileum(nazik bağırsağın sön bölümü),Yoğun bağırsağın bütün şöbələri müyinə olunur

Rektoskopiya ilə -Düz bağırsaq müayinə olunur.

Müalicəvi endoskopiyada yad cisimlərin çıxarılması(sümük,balıq tıxı,batareya,sancaq,iynə və s),polipektamiya(poliplərin kəsilib götürülməsi),qanaxmaların dayandarılması,daralmalarda bujlama.

Endoskopik müayinələr  Qastrointestinal sistemin qızıl standard müayinə üsuludur.Bu zaman qoyulan diaqnozlarda obyektivlik 95-98% təşkil edir.

 Şöbəmiz dünyanın aparıcı şirkəti olan “Olympus” un  4 ədəd Qastroskopu(1 pediatrik)və iki ədəd Kolonoskopu ilə təchiz olunmuşdur.Buna görə də  xəstələrin müayinəsi zamanı sterilizasiyada vaxt itkisinə yol verilmir.

Endoskopik alətlərimiz 2 ədəd  avtomatik yuyucu aparatla xüsüsi dezinfeksiya edici məhlular ilə sterilizasiya olunur.

Eyni zamanda şöbəmiz   müxtəlif endoskopik manipulyasıyaların icrası zamanı birdəfəlik aksesuarlarla təmin olunmuşdur.

 Endoskopik müayinələr anesteziya altında tam rahat və ağrısız aparılır.

Klinikamızda həyata keçirilən endoskopik müayinə və əməliyyatlar:

  • Diaqnostika

*Ezofaqoqastroduodenoskopiya

*Kolonoskopiya

*Rektosiqmoidoskopiya

  • Müalicəvi  Diaqnostika

*Biopsiyanın götürülməsi

*CLO testin götürülməsi

  • Endoskopik əməliyyatlar

*Yad cismin endoskopik çıxarılması

*Polipektomiya

*Qanaxmanın dərman və kliplər vasitəsi ilə dayandırlıması

*Bujlama

Müayinənin üstünləkləri

*Qida borusu,mədə,12-barmaq bağırsaq və yoğun bağırsağın patalogiyaları zamanı qoyulan diaqnozlarda  obyektivlik 95%-98% təşkil edir.

 Mədə bağırsaq sisteminin xəstəliklərinin müasir diaqnostika və əməliyyat metodları xəstənin stasionarda qalma müddətinin nəzərə çarpaçaq dərəcədə qısalması və son nəticənin effektiv olmasına imkan verir.

 -Şöbəmiz dünyanın aparıcı şirkətinin-“Olympus” Gif-Q-180,167 müasir rəqəmsal avadanlıqları ilə təchiz olunmuşdur.

-Endoskopik alətlər avtomatik yuyucu aparatla sterilizasiya olunur.

-Şöbə  müxtəlif endoskopik manipulyasıyaların icrası zamanı birdəfəlik aksesuarlarla təmin olunmuşdur.

Bütün tibbi xidmət Avropa standartlarına uyğun həyata keçirilir.

Endoskopiyadan əlavə şöbənin  həkimləri mədə-bağırsaq traktı xəstəliklərinin diaqnostikası üçün USM, rentgenoskopiya KT, MRT (ehtiyac olduqda kontrastlı) və  laborator analizlərdən istifadə edirlər.