Ultrasəs müayinəsi 1985 ildən klinikamızda tədbiq olunur. USM ən geniş istifadə olunan diaqnostik metodlardan biridir. Müayinənin məqsədi orqan və sistemlərin anadangəlmə və qazanılmış patologiyalarını aşkar etmək, xəstələrə diaqnozun qoyulmasında yardım, o cümlədən, patoloji prosesin gedişinə və aparılan müalicənin nəticələrinə nəzarətdən ibarətdir.
Şöbə son nəsil 3D, 4D müasir ultrasəs aparatları ilə təchiz olunmuşdur: Toshiba Aplio 500, Toshiba Xario, GE Voluson 730, 4 ədəd Simens Acuson X 300 , Medison Sonoace X8, portativ GE Vivid I və s. Onların vasitəsi ilə müxtəlif sahələrdə daha dəqiq müayinələr aparmaq olur.
Kabinetdə aparılan müayinələr:
- Damarların ultrasəs müayinəsi
- Baş-boyun arteriyalarının rəngli doppleroqrafiyası
- Beyinin kəllədaxili damarlarının doppleroqrafiyası
- Aşağı və yuxarı ətraf damarlarının doppleroqrafiyası
- Qalxanvari vəzin, paratireoid vəzilərin və regional limfa düyünlərinin USM-si
- Süd vəziləri və regional limfa düyünlərinin USM-si
- Qarın boşluğu orqanlarının : qaraciyər, öd kisəsi, öd yolları, mədəaltı vəzi, dalaq USM-si
- Böyrək, böyrəküstü vəzi, peritonarxası boşluq, aortanın abdominal hissəsinin USM-si
- Prostat vəzin USM-si (transabdonimal, transrektal)
- Sidik kisənin USM-si, qalıq sidiyin təyini
- Skrotal USM-si
- Skrotum damarların doppleroqrafiyası
- Qadınların ginekoloji USM-si (transabdominal, transvaginal)
- Hamiləliyin USM-si I, II, III trimestrində uşaqlıq-plasentar qan dövranının dopplerometriyası ilə.
- İri və xırda oynaqların USM-si
- Yumşaq toxumaların USM-si
- Tüpürcək vəzilərin USM-si
- Periferik limfa düyünlərinin USM-si
- Exo Doppleroqrafiya
- Pediatriyada -bud-çanaq oynağının USM-si
- timus vəzinin USM-si
- neyrosonoqrafiya
US müşahidəsi ilə qalxanabənzər vəzin diaqnostik punksion biopsiyası və prostat vəzin transrektal biopsiyası.
Diqqət!!! Qalxanvari və prostat vəzin biopsiyaları cərrahlarla birlikdə, əvvəldən planlaşdırılmış şəkildə həyata keçirilir.
Qeyd: Transportasiyası çətin olan xəstələrin müayinəsi üçün portativ aparatdan istifadə olunur. Onun vasitəsilə palatada və ya evdə xəstəni yataqdan qaldırmadan müayinə aparmaq mümkündür.