Revmatoloji xəstəliklərin diaqnostika və  müalicəsi üçün XMSK-də müasir avadanlıqlardan istifadə olunaraq  MRT, KT, rentgenoloji densitometriya, Exo-KQ, USM, EKQ, Stres-test və s. bu kimi müayinələr aparılır.

Laboratoriyada immunoloji (ACCP, ANCA, RA, CRZ və s.), mikrobioloji, biokimyəvi testlər (BNP, D-dimer, mioqlobin, KFK-MB, troponin İ və s.), infeksiyalar (EBV, bruselyoz, toksoplazmoz, xlamidiya və s.), hormonlar (TSH, parathormon və s.) yoxlanılır.

Müəssisəmizdə müasir avadanlıqlarla təchiz edilmiş fizioterapiya şöbəsi fəaliyyət göstərir ki, buda bir çox revmatoloji xəstəliklərin tezliklə sağalmasına yardımçı olur.

Revmatoloji kabinetdə aşağıda sadalanan xəstəliklərin diaqnostika və  müalicəsi aparılır:

  • Ürək-damar sisteminin revmatik zədələnmələri
  • Revmatoid artrit
  • Birləşdirici toxumanın diffuz xəstəlikləri (kollagenozlar)
  • Müxtəlif etiologiyalı artritlər (infeksion, infeksion-allergik, metabolik (podaqra), psoriatik etiologiyalı)
  • Birincili və ikiincili deformasiyaedici artrozlar (osteoartrozlar)
  • Osteoxondropatiyalar