XMSK Respublikada sığorta şirkətləri ilə əməkdaşlıq edən (1998-ci ildən başlayaraq) ilk dövlət strukturudur. Bunlar Atəşgah Sığorta, Paşa Sığorta, A-qrup Sığorta, Az-sığorta, Meqa Sığorta, Qala Sığorta, Ata Sığorta, Xalq Sığorta, AXA-MBASK Sığorta, Premium Assistance, Az-sənaye Sığorta, Standard İnsurance, Günay Sığorta – dır. Nəticədə Kompleksin xidmətlərindən nəinki öz vətəndaşlarımız, hətta xarici ölkə vətəndaşları (SOS International): diplomatik nümayəndəliklər, nüfuzlu xarici şirkətlərin əməkdaşları da istifadə edirlər. Onu da qeyd etməliyik ki, fəaliyyətimizə cəmi bir Şəfa (indiki Atəşgah) sığorta şirkəti ilə başlamışdıqsa, hazırda isə onların 13-ü ilə əməkdaşlığımız davam edir.