2010-cu ildən stasionar şöbəmiz fəaliyyət göstərir. Şöbədə 9 palata var.  9 palatadan  4-ü intensiv terapiya palatası kimi fəaliyyət göstərir. Qeyd edilən palatalarda peşəkar anestezioloq-reanimatoloqlar əməliyyatdan sonra və ağır patologiyalarla daxil olan xəstələrə müvafiq yardım göstərilir. Bu palatalarda xəstənin tənəffüs və hemodinamikasına nəzarət edən monitor, son model süni tənəffüs aparatlarından olan HAMİLTON-C3, perfuzor, infuzomat, defibrilyator, ilk təcili tibbi yardım üçün tələb olunan dərman preparatları, intubasion ləvazimatlarla təchiz olunmuş intensiv terapiya tələb edən və əməliyyat sonrası xəstələr üçün palata, 3-ü monitorlarla, mərkəzi oksigen və vakuum-sorucu ilə təchiz olunmuş palatalardır. Digər palatalar 2 çarpayıdan ibarət olub özünün sanitar qovşağı, duş kabinəsi, telefonu, televizoru var ki, bu da xəstələrin rahatlığı üçün vacib amillərdən sayılır.

Şöbədə ürək-damar sistemi xəstəlikləri (ürəyin işemik xəstəliyi-stenokardiya, aritmiyalar, hipertoniya xəstəliyi), həzm sistemi xəstəlikləri, endokrin sisteminin xəstəlikləri, daha çox şəkərli diabet, serebrovaskulyar xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəliklərindən əziyyət çəkən xəstələr müalicə olunur.

Stasionar şöbədə tibbi sığortalı xəstələr də müalicə olunur.

Şöbəmizdə terapevt, kardioloq, qastroenteroloq, pulmonoloq, nervopatoloq, hematoloq, revmatoloq, dermatoloq, allerqoloq, endokrinoloq, LOR, travmatoloq, müxtəlif profilli cərrahlar, o cümlədən xarici həkim-konsultantlar fəaliyyət göstərirlər. Həkimlərimiz arasında professor, tibb elmləri namizədi, uzmanlar vardır. Onlar periodik olaraq müxtəlif xarici ölkələrdə praktik kurslar və konfraslarda iştirak edirlər.

Şöbəmizdə klinikanın rəhbərliyi tərəfindən ayrı-ayrı illərdə xarici ölkədə ixtisasartırma kurslarına, həmçinin Milli Onkologiya Mərkəzində praktik təcrübələrə göndərilmiş tibb bacıları çalışır.