Stomatoloji kabinetlər müasir Avropa və Yaponiya istehsalı olan bormaşınlarla təchiz olunmuşdur. Şöbədə həkim stomatoloq-terapevt, stomatoloq-ortoped, stomatoloq-cərrah və tibb bacısı fəaliyyət göstərir.

Stomatoloji şöbəyə müraciət edən xəstələrin və kontaktda olan mütəxəsisslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə müalicədən əvvəl məcburi olaraq virus infeksiyalarının (hepatitlər, QİÇS) yoxlanılması aparılır.

Burada aşağıda sadalanan müalicə metodları tədbiq edilir:

  • Effektli ağrısızlaşdırma ilə terapevtik, cərrahi, paradontoloji yardım
  • Ağız boşluğunun, rentgen diaqnostikası (radiovizioqrafiya və panoram rentgenoloji müayinələr) daxil olmaqla tam müayinəsi
  • Kariyesin bütün növlərinin son nəsil işıqlı polimerizasiya kompozitlərindən (Almaniya və Yaponiya istehsalı) istifadə etməklə plomblanması.
  • Pulpitin müxtəlif formalarının Qutta Percha və şüşəlifli ştiflərlə kanalın plomblanması yolu ilə müalicəsi
  • Mis-kalsi hidroksidi depoforezi metodunun tətbiqi ilə müxtəlif ağır patologiyalı dişlərin təkrar müalicəsi və saxlanması
  • Dişlərin kimyəvi, mexaniki, ultrasəs və “Air Flow” apparatı ilə ağardılması
  • Dişlərin yüksək həssaslığının götürülməsi
  • Diş çıxarılması (III kateqoriya mürəkkəbliyə qədər)
  • Dişlərin müxtəlif metodlarla şinalanması (lentvari, liqaturalı və tir şinalarla)