Kompleksin terapiya şöbəsi insanların sağlamlığını qorumaq, müxtəlif xəstəlikləri aşkar və müalicə etmək məqsədi ilə xidmət göstərir. Kompleksin digər şöbələri kimi Terapiya şöbəsi də texnologiyanın ən son avadanlıq və cihazlarından istifadə edərək, xəstəliklərin müalicəsini planlı və məqsədyönlü şəkildə həyata keçirir.

Şöbədə fəaliyyət göstərən təcrübəli həkim-terapevtlər terapevtik xəstəlikləri müalicə edir, eyni zamanda effektli nəticə əldə etmək üçün xəstələri müxtəlif dar ixtisaslı həkimlərə yönləndirir, xəstələrin laborator və instrumental müayinələrdən keçməsini təşkil edir. Terapevt, xəstələri müxtəlif mütəxəssislərin (cərrah, qastroenteroloq, proktoloq, kardioloq, endokrinoloq, otolarinqoloq, oftalmoloq, uroloq, və s.) müayinəsinə göndərsə də, bütün rəyləri nəzərə alaraq müalicə üsulunu özü müəyyənləşdirir. Qeyd etməliyik ki biz sığorta şirkətləri, bir çox dövlət strukturları və xarici şirkətlərin əməkdaşlarına müqavilə əsasında profilaktik və müalicəvi yardım göstəririrk. Həm kollektiv, həm də fərdi müqavilələrlə dispanserizasiya aparılr.

Həkim-terapevtlər əmək qabiliyyətinin müvəqqəti (xəstəlik vərəqi) və davamlı itirilməsi məsələlərini həll edir, sanator kurort müalicəsinə göndərişlər və digər arayışlar verirlər.

Peşəkar mütəxəssislərimiz ambulator və stasionar şəraitdə fəaliyyat göstərir.

Pulmonoloji xidmət pasientlərə ambulator və stasionar şəraitdə göstərilir.Xidmətimizin əsasını ağ ciyərlərdə olan problemlər təşkil edir. Pulmonoloji xəstələrdə  vəziyyətindən asılı olaraq diaqnozu tam dəqiqləşdirmək üçün rentgenoloji, KT, MRT, spirometriya müayinələri, qanın ümumi, biokimyəvi, immunoloji analizləri, allerqoloji testlər, USM, Exo-KQ, bronxların keçiriciliyini aydınlaşdırmaq məqsədi ilə yükləmə testi,bronxgenəldici aerozollarının fərdi təsir göstəricisi, sakit və fiziki gərginlikdən sonra bronxodilatatorların təsir faizi yoxlanılır.

Stasionar şəraitdə müalicə Ümumdünya Səhiyyə Təşkilatının pulmonoloji xəstələrin müalicəsi üçün təsdiq olunmuş protokollar  əsasında  aparılır. Eyni zamanda bronxial astma xəstələrin xəstəlik dərəcəsi və müalicəsi CİNA 2012 proqramına uyğun olaraq aparılır. Pasientlərə lazım olduqda plevradan eksudat evakuasiya edilir və materialın müvafiq müayinəsi aparılır.

Palatalarımız yüksək səviyyədə tibbi avadanlıqlarla təmin olunmuş, fərdi oksigen paylayıcısı, pompalı aparatla dərman yeridilməsi, çoxfunksiyalı çarpayı, plazmafarez cihazı ilə, dərmanların inhalyasion yolla qəbulu aparatı ilə təmin edilmişdir.

Pulmoloq – tibb elmləri doktoru Nəriman Həsənov.

Fəaliyyətimizin əsasını aşagıda göstərilən xəstəliklərin diaqnostika və müalicəsi təşkil edir:

  • bronxial astma
  • bronxit (kəskin, xroniki, bronxiolit)
  • ağ ciyərin emfizeması
  • ağ ciyərin bronxoektaziya xəstəliyi
  • ağ ciyər absesi
  • ağ ciyərin kəskin və xroniki pnevmoniyası
  • eozinofil pnevmoniyası
  • ağ ciyərin peşə xəstəlikləri
  • ekzogen allergik alveolit
  • fibrozlaşmış alveolit
  • ağ ciyər sarkoidozu
  • plevritlər (qeyri-spesifik: ürək çatmamazlığı, sistem xəstəlikləri zaman yaranan plevritlər)
  • ağ ciyərin immun çatmamazlığı zamanı, sistem xəstəlikləri zamanı ağ ciyər zədələnməsi
  • ağ ciyərin infarktı
  • ağ ciyərin interstisial pnevmoniyası
  • ağ ciyərin bütün növ göbələk xəstəlikləri
  • ağ ciyər ürəyi xəstəlikləri.

Bundan başqa ağ ciyərin parazitar xəstəliklərinin diaqnostikası və müvafiq xəstənalara yönəldilməsi təşkil edilir.

Hematologiya kabinetində qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası hematoloq prof. Azər  Kərimov  tərəfindən yüksək professionallıqla həyata keçirilir.

  • Qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası.
  • Müxtəlif etiologiyalı anemiyalar, o cümlədən talessemiyalar; Qan laxtalanmasının müxtəlif pozğunluqları;
  • Digər patoloji xəstəliklərdə yaranmış qan pozğunluqlarının korreksiyası.
  • Trombositopeniya; trombositoz, hemorrahik vaskulit, limfoadenopatiyalar, kəskin və xroniki leykozlar və s. müayinəsi və müalicəsi

Kabinetdə qərb standartlarına uyğun bronxial astma və digər allergik xəstəliklərin müayinə və müalicəsi aparılır, həmçinin allerqoloji sınaqlar, spirometriya və nəfəsvermədə oksid-azotun konsentrasiyasının təyinini (Astma markeri) həyata keçirilir.