Ttravmatoloji kabinetdə müxtəlif travmalı xəstələrə təxirəsalınmaz yardım göstərilir. Güclü diaqnostik bazaya malik olduğumuz üçün zədələnmənin həcmi və lokalizasiyası dəqiq müəyyən olunur. Oynaqlarda travma zamanı diaqnostik punksiya, dərman preparatlarının oynaq daxilinə yeridilməsi aparılır. Həmçinin kabinetdə sümük-əzələ sisteminin anadangəlmə defektləri, inkişaf qüsurları, qazanılmış deformasiyaları zamanı individual kompleks müalicə-profilaktik tədbirlər həyata keçirilir.
Kabinet müdiri – cərrah travmatoloq-ortoped t.ü.f.d.Orucov Yusif.