Uroloji kabinetdə müasir diaqnostik avadanlıqlar vasitəsi ilə və həkimlərimizin kliniki təcrübəsinə əsaslanaraq dəqiq və düzgün diaqnoz qoyularaq, müalicə və profilaktik tədbirlər görülür. Burada urofloumetriya, diaqnostik sistoskopiya,prostat vəzin diaqnostik punksiyası aparılır.

Urofloumetriya müayinəsi urofloumetr cihazından istifadə edilərək müxtəlif növ sidik ifrazı pozğunluqlarında sidik ifrazının sürətini ölçən diaqnostik metoddur. Müayinəyə göstərişlər prostat vəzin hiperplaziyası, uretranın strikturası, neyrogen və hiperaktiv sidik kisəsi, sidik saxlamamaq, prostat vəzin xərçəngi.  

XMSK-da prostat vəzin USM altında transrektal multifokal biopsiyası tibb üzrə fəlsəfə doktoru, cərrah-onkouroloq  Teymur Musayev tərəfindən aparılır. Bu prosedur bütün dünyada prostat vəzi xərçənginin diaqnostikasında geniş yayılmışdır. Biopsiya zamanı götürülmüş nümunələrin müayinəsi Milli Onkologiya Mərkəzinin patomorfoloji şöbəsinə göndərilir.

Uroloqlarımız tərəfindən yüksək peşəkarlıqla aşağıda sadalanan xəstəliklərin müalicəsi aparılır:

  • uretrit
  • balanopostit
  • epididimit
  • prostat vəzin xoşxassəli hiperplaziyası
  • prostatit
  • vezikulit
  • kişi sonsuzluğu
  • libido zəifləməsi və erektil disfunksiya
  • yaşla əlaqədar olan hormonal statusun dəyişməsi (andropauza, androgendefisit)
  • sistit
  • piyelonefrit
  • böyrəkdaşı xəstəliyi

Ambulator müalicə zamanı xəstənin əsas diaqnozu və yanaşı gedən xəstəlikləri, xəstəliyin stadiyası və formasını nəzərə alan fərdi müalicə sxemi hazırlanır.

Uroloqlarımız tərəfindən sidik-cinsiyyət yolları xəstəliklərinin açıq və qapalı əməliyyatları həyata keçirilir:

  • sidik axarı daşlarının kontakt lazer üsulu ilə ureterolitotripsiya əməliyyatı
  • sidik axarlarının stentlənləməsi
  • sidik kisəsi daşlarının parçalanıb çıxarılması
  • prostat vəzinın hiperplaziyasında və sidik kisəsi şişlərinin TUR əməliyyatı
  • uretranın strikturalarında uretrotomiya əməliyyatları 
  • Böyrəklərin, peritonarxası sahənin, sidik axarlarının, sidik kisəsi, prostat vəzi və xarici cinsiyyət üzvlərinin açıq cərrahi əməliyyatları