Yoluxucu xəstəliklər kabinetində  yoluxucu xəstəliklərin diaqnostika və müalicəsi aparılır. Burada həmçinin sağalan və xroniki yoluxucu xəstələrin, bakteriya daşıyıcılarının dispanser müşahidəsi aparılır. Əlavə olaraq bəzi yoluxucu xəstəliklərin (qrip, məxmərək, hepatit B, qızılca, difteriya və tetanus)  peyvənd vasitəsi ilə profilaktikası həyata keçirilir.

Kabinetin xidmət sahələri:

  • Herpes viruslarının törətdiyi xəstəliklərin müalicəsi (su çiçəyi, kəmərləyici dəmrov, sadə residiv verən herpes, infeksion mononukleoz, sitomeqalovirus)
  • Xarici ölkələrə gedən pasientlər üçün yoluxucu xəstəliklərin profilaktikası (malyariya, bruselyoz, salmonelyoz, helmintoz və s.)
  • Əlverişsiz şəraitli regionlardan qayıdan pasientlərə nəzarət
  • Kəskin və xroniki virus hepatitlərinin (B, C hepatitlər ) müalicəsi
  • B qrupundan olan beta-hemolitik streptokokkların törətdiyi infeksiyaların (qızılyel iltihabı və s.) müalicə və profilaktikası
  • Mədə bağırsaq traktının bakterial və virus mənşəli xəstəliklərinin müalicəsi.