XVIIDr. Vazeh Sadıqov

Ümumi Cərrah

Təhsili və təcrübəsi

  • 1984-1990-cı illərdə N.Nərimanov adına Tibb İnstitutunda təhsil alıb və institutu fərqlənmə diplomu ilə bitirib.
  • 1990-1991-ci illərdə M.Nağıyev adına TTYX-da ümumi cərrahiyə  ixtisası üzrə internatura keçib

Apardığı müayinə, əməliyyat və prosedurlar

1. Üst qastrointestinal sistem (mədə-bağırsaq) xəstəliklər:
– Qida borusu axalaziyasi
– Reflu xəstəliyi (Qida borusu, diafraqma dəliyi yırtığı) – açıq və laporaskopik
– Mədə və on iki barmaq bağırsaq xəstəlikləri: xora, perforasiya (deşilmə), qanaxma, bəd və xoş xassəli törəmələr.
– Nazik bağırsağın müxtəlif mənşəli keçməməzlikləri, polip, divertikul və xoraları, bəd və xoş xassəli törəmələri (açıq və laporaskopik), appendisit (açıq və laporaskopik).

2. Kolon ve rektum xəstəlikləri:
– Yoğun bağırsağın müxtəlif mənşəli keçməməzlikləri, polip, divertikul ve xoraları (xoralı kolit), yoğun bağırsaq qanaxmaları, bəd və xoş xassəli törəmələri, dolixosiqma, dolixomeqakolon.
– Proktoloji xəstəliklər: Hemoroid, Anal çat, Perianal fistulalar, Pilonidal sinus (büzdümün epitelial yol kisti), anal kanal polipləri.

3. Hepatopankreatobiliar (Qarqaciyər, öd yolları, mədəaltı vəz) xəstəliklərin cərrahi müalicəsi:
– Qaraciyərin parazitar (exinokok, alveokok və s.) və qeyri-parazitar kistləri, hemangomaları, müxtəlif törəmələri (açıq və laporaskopik).
– Öd daşı xəstəliyi (kalkulyoz xolesistit, qaraciyər daxili ve xarici öd yollarının daşları-mexaniki obstruksiyası, xoledox daşları və törəməsi – mexaniki sarılıq), öd kisəsinin polipi, bəd xassəli törəməsi (açıq və laporaskopik).
– Mədəaltı vəzin iltihabı, kist və törəmələri.

3. Hepatopankreatobiliar (Qarqaciyər, öd yolları, mədəaltı vəz)

4. Müxtəlif növ yırtıq əməliyyatları (ventral, qasıq və göbek – (açıq və laporaskopik).

5. Endokrin sistem xəstəliklərinin cərrahi müalicəsi.
– Tireoid vəz (diffuz və düyünlü ur), böyrəküstü vəz adenomları.

6. Uroloji əməliyyatlar:
– Nefrektomiya (açıq və laporaskopik).
– Prostat vəz adenoması.

7. Ginekoloji xəstəliklər:

– Yumurtalıq sisti;
– Uşaqlıq miomaları;
– Uşaqlıqdan kənar hamiləlik (açıq və laporaskopik);
– Vesikosele;
– Rektosele (Uşaqlıq yolunun ön və arxa plastikası).

8. Çeşidli plastik əməliyyatlar:
– Abdominoplastika;
– Yumşaq toxuma törəmələrinin çıxarılması (Pannikulektomiya);
– Blefaroplastika.

9. Aşağı ətraf səthi venalarının varikoz xəstəliyi (Flebektomiya)
– Varikosele xəstəliyinin cərrahi müalicəsi.

10. Müxtəlif növ peritoneal, çanaqdaxili, retro peritoneal törəmələrin xaric edilməsi, diaqnostik laporaskopiya-biopsiya götürülməsi.

Kurslar, konqreslər, seminarlar

Kurslar

  • Laporaskopik cərrahiyyə;
  • Kolorektal cərrahiyyə;
  • Hepatopankreatobiliar cərrahiyyə;
  • Damar cərrahiyyəsi-flebologiya;
  • Torakal cərrahiyyə.

Konqreslər:

  • 2010,2012,2014,2016-cı illər Türkiyə Ulusal Cerrahi Konqreleri
  • 2013-cü il Hepatopankreatobiliar cerrahi konqresi
  • 2015-ci il Kolorektal cerrahi konqresi
  • 2016,2017-ci illər Azərbaycan-Türkiyə-Almaniya birgə tibbi konqresi
  • Avropa Cərrahlar Cəmiyyətinin illik konqresi (ESS 2012 İstanbul)