Dermato-veneroloji kabinet dermatoloji və veneroloji istiqamətdə fəaliyyət göstərir. XMSK müxtəlif dermatozların laborator müayinəsini həyata keçirməyə imkan verən diaqnostik bazaya malikdir. Burada dəri, saç, dırnaqların keyfiyyətli diaqnostika və müalicəsi aparılır. Dermatoloji xəstələrə dermatoloqların vaxtında verilmiş məsləhətləri, düzgün seçilmiş kompleks müalicə, həmçinin lazımi prosedurların aparılması maksimal qısa müddət ərzində müsbət nəticələr əldə etməyə imkan verir.
Həkimlər müxtəlif dermatozların müalicəsində krioterapiya, kriodestruksiya, lazer destruksiyası metodlarından geniş istifadə edirlər. Kabinetdə Koreya istehsalı olan cərrahi UM-L25 CO2 fraksion lazerlə dəri törəmələrinin (papilloma, fibroma, nevuslar, ziyillər və s.) effektiv, ağrısız, fəsadsız koaqulyasiyası aparılır. Dermatoloji kabinetin fəaliyyətinin əsas istiqamətlərindən biri də estetik dermatologiyadır. Estetik dermatologiya dəri sızanaqları, rozasea, dərinin damar xəstəlikləri, yaşla əlaqədar dəyişiklikləri, piqmentasiya pozğunluqlarının müalicəsi, müxtəlif xoşxassəli dəri törəmələrinin (papilloma, ziyillər,keratomalar) götürülməsindən ibarətdir.