Nevrozlar:
- asteno-nevrotik sindromlar
- qorxu və həyəcan halları
- epilepsiya
- qıcolmalar
- sinir sisteminin travmalarının qalıq əlamətləri
Elektroensefaloqrafiya – baş beyinin elektrik aktivliyini qeydə alan ən müasir müayinə metodu olub baş beyinin potensiallarının qeydiyyatına əsaslanır.Qıcolmaya hazırlıq,beyin qabığının qıcıqlanmaları,epileptik ocaqları göstərən yeganə və əvəzolunmaz metoddur.Bu müayinə üsulu zərərsiz,mənfi təsiri olmayan,ağrısız üsulla aparılır.
Reoensefaloqrafiya – qansız müayinə metodu olub baş beynin qan dövranı,magistral damarlara gələn qanın həcmini,venoz axının sürətini, periferik damarların qanla təchizatı,damar divarının tonusu,elastikliyi haqqında məlumat verir.
XMSK-də nevroloji xəstəliklərin müalicəsində refleksoterapiya, traksion terapiya, fizioterapiya üsulundan istifadə olunur.
Refleksoterapiya – bədən səthinin müəyyən nöqtələrinə (akupunktura nöqtələri) fiziki təsir göstərməklə impulsların əmələ gəlməsinə səbəb olur. Bu da öz növbəsində sinir mərkəzlərinə ötürülüb xəstə orqana siqnal çatdırır və beləliklə özünübərpa baş verir.
Traksion terapiya – təhlükəsiz və effektli metod olub onurğanın sıxılmış vəziyyətdən normal vəziyyətə qayıtmasına kömək edən metoddur. Müalicəvi dartınma kompression sindromlarda, travmalarda effektiv metod olub xüsusilə osteoxondroz zamanı müsbət nəticə verir.
Fizioterapevtik müalicə üsullarından – halvanizasiya, elektroforez, diadinamoforez, amplipuls, ultrasəs, maqnit və lazer terapiya, massaj, MBT və s. istifadə olunur.