Oftalmoloji kabinet müasir tələblərə cavab verə biləcək səviyyədə Yaponiya istehsalı olan “Topcon” markalı oftalmoloji kombayn, biomikroskop, avtorefraktometr, dioptrometr, ABŞ istehsalı olan kontaktsız avtotonometr və s. avadanlıqlarla təchiz olunmuşdur. Peşəkar və təcrübəli həkimlərimiz bütün yaş dövrlərindən olan pasientlərə keyfiyyətli, ixtisaslaşdırılmış tibbi yardım göstərilməsini təmin edir. Oftalmoloji kabinet akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə sıx əməkdaşlıq edir.
Burada görmə orqanının iltihabi, yaşla əlaqədar və distrofik dəyişikliklərinin, refraksion patologiyalarının, onkoloji xəstəliklərinin, travmatik zədələnmələrin nəticələrinin, şəkərli diabet, hipertoniya və s. bu kimi xəstəliklərin göz fəsadlarının diaqnostikası və müalicəsi, həmçinin cərrahi əməliyyatdan sonrakı dövrdə pasientlərə nəzarət aparılır.