Revmatoloji xəstəliklərin diaqnostika və müalicəsi üçün XMSK-də müasir avadanlıqlardan istifadə olunaraq MRT, KT, rentgenoloji densitometriya, Exo-KQ, USM, EKQ, Stres-test və s. bu kimi müayinələr aparılır.
Laboratoriyada immunoloji (ACCP, ANCA, RA, CRZ və s.), mikrobioloji, biokimyəvi testlər (BNP, D-dimer, mioqlobin, KFK-MB, troponin İ və s.), infeksiyalar (EBV, bruselyoz, toksoplazmoz, xlamidiya və s.), hormonlar (TSH, parathormon və s.) yoxlanılır.
Müəssisəmizdə müasir avadanlıqlarla təchiz edilmiş fizioterapiya şöbəsi fəaliyyət göstərir ki, buda bir çox revmatoloji xəstəliklərin tezliklə sağalmasına yardımçı olur.