Kompleksin terapiya şöbəsi insanların sağlamlığını qorumaq, müxtəlif xəstəlikləri aşkar və müalicə etmək məqsədi ilə xidmət göstərir. Kompleksin digər şöbələri kimi Terapiya şöbəsi də texnologiyanın ən son avadanlıq və cihazlarından istifadə edərək, xəstəliklərin müalicəsini planlı və məqsədyönlü şəkildə həyata keçirir.
Şöbədə fəaliyyət göstərən təcrübəli həkim-terapevtlər terapevtik xəstəlikləri müalicə edir, eyni zamanda effektli nəticə əldə etmək üçün xəstələri müxtəlif dar ixtisaslı həkimlərə yönləndirir, xəstələrin laborator və instrumental müayinələrdən keçməsini təşkil edir. Terapevt, xəstələri müxtəlif mütəxəssislərin (cərrah, qastroenteroloq, proktoloq, kardioloq, endokrinoloq, otolarinqoloq, oftalmoloq, uroloq, və s.) müayinəsinə göndərsə də, bütün rəyləri nəzərə alaraq müalicə üsulunu özü müəyyənləşdirir. Qeyd etməliyik ki biz sığorta şirkətləri, bir çox dövlət strukturları və xarici şirkətlərin əməkdaşlarına müqavilə əsasında profilaktik və müalicəvi yardım göstəririrk. Həm kollektiv, həm də fərdi müqavilələrlə dispanserizasiya aparılr.
Həkim-terapevtlər əmək qabiliyyətinin müvəqqəti (xəstəlik vərəqi) və davamlı itirilməsi məsələlərini həll edir, sanator kurort müalicəsinə göndərişlər və digər arayışlar verirlər.
Peşəkar mütəxəssislərimiz ambulator və stasionar şəraitdə fəaliyyat göstərir.